Adventure Camp 2025: Uşaqlar üçün macəralı yay düşərgəsi

Övladlarınız bu yay həm əylənəcək, həm inkişaf edəcək!

Yay tətili uşaqlar üçün sadəcə istirahət deyil – eyni zamanda öyrənmək, böyümək və unudulmaz təcrübələr qazanmaq üçün möhtəşəm fürsətdir. Summer Program olaraq 5 ildir davam edən və hər il yüzlərlə uşağın sevərək qatıldığı AdventureCamp bu yay da qapılarını açır!

Macəra ilə dolu 6 Gün

2025-ci ilin 27 iyun – 2 iyul tarixlərində Samur-Yalama Milli Parkında baş tutacaq düşərgəmiz, 8-16 yaş uşaqların gündəlik elektron mühitdən uzaqlaşaraq, təbiət qoynunda real bacarıqlar qazandıqları bir mühit təqdim edir. Dəniz və meşənin birləşdiyi bu möhtəşəm ərazi, quşların nəğməsi və təmiz hava ilə düşərgəmizi daha da unikal edir.
Son qeydiyyat tarixi: 31 may 2025-ci il

Uşaqlar düşərgələrimizdə nə qazanır?

1. Özünü kəşf etmək və güvən inşası

Uşaqlar çadır həyatında gündəlik vəzifələri bölüşməklə, özlərinə güvənməyi və məsuliyyət daşımağı öyrənirlər. Hər gün yeni bacarıqlar, yeni tapşırıqlar və uğurlar onlarda “mən bacarıram” hissini gücləndirir.

2. Sosial bacarıqlar və dostluq

Düşərgədə tanımadığı uşaqlarla tanış olan iştirakçılar, qısa zamanda dostluq qurur, komanda ruhunu və paylaşmağı öyrənirlər. Bu təcrübə onların məktəbdə və cəmiyyətdə daha sosial və açıq fikrli olmasına kömək edir.

3. Təbiətə bağlılıq və ekoloji şüur

Ətraf mühitin dəyərini canlı şəkildə anlayan uşaqlar, çirklənmənin qarşısını almağı, təbiəti qorumağı və ekoloji davranmağı öyrənirlər. Bütün bunlar onların gələcəkdə məsuliyyətli və ətraf mühitə həssas vətəndaşlar kimi yetişməsinə xidmət edir.

4. Liderlik və problem həll etmə bacarığı

AdventureCamp-in proqramı xüsusi olaraq uşaqların liderlik potensialını ortaya çıxarmağa yönəlib. Komanda oyunları, skaut missiyaları və macəra tapşırıqları onlara düşünmə, qərarvermə və təşəbbüskarlıq bacarıqları qazandırır.

🎯 Proqramda nələr var?

  • Skaut Təlimləri: Təbiətdə sağ qalma, istiqamət tapma, tonqal yandırma və digər skaut bacarıqları
  • 🏄‍♂️ Su və Dəniz Əyləncələri: Təhlükəsiz şəkildə təşkil olunan əyləncəli su oyunları
  • İdman və Fiziki İnkişaf: Səhər idmanı, komandalar arasında yarışlar və motivasiya oyunları
  • 🧠 Strateji və Komanda Tapşırıqları: Uşaqlar öz komandalarını formalaşdıraraq tapşırıqları yerinə yetirirlər
  • 📵 Elektroniksiz Mühit: Telefon, planşet və digər cihazlardan uzaq bir təcrübə
  • 🔥 Axşam Tonqalları və Paylaşımlar: Hekayələr, ifalar və “Campfire” atmosferi

💼 Qiymətə nələr daxildir?

AdventureCamp-in təklif etdiyi 350 AZN-lik iştirak haqqına uşağınızın rahatlığı, təhlükəsizliyi və inkişafı üçün lazım olan bütün əsas elementlər daxildir:

🏕️ Yerləşmə:

  • Tam təhlükəsiz və nəzarətli mühitdə çadırda qalma (4-6 nəfərlik komfortlu çadırlar)
  • Qızlar və oğlanlar üçün ayrıca sahələr.

🍽️ Qidalanma:

  • Gündə 3 dəfə əsas yemək (səhər, nahar, şam)
  • Fəaliyyətlər arası sağlam atışdırmalıq və su təminatı
  • Qidalar balanslı, təmiz və uşaqların ehtiyaclarına uyğun menyu əsasında hazırlanır

🚌 Nəqliyyat:

Bakı – Nabran – Bakı istiqamətində gediş-gəliş üçün komfortlu və lisenziyalı nəqliyyat vasitələri

👕 Xüsusi yay Köynəyi:

  • Hər iştirakçıya AdventureCamp-in simvolik T-shirt-i hədiyyə olunur (xatirə və birlik simvolu)

🧭 Təlim və fəaliyyətlər:

  • Təcrübəli skaut liderləri və təlimçilərlə təbiətdə sağ qalma bacarıqları
  • Su oyunları, komanda yarışları, idman və əyləncə proqramları
  • Axşam tonqalları, müsabiqələr, ifalar və təhlükəsiz sosiallaşma

🎉 Digər dəstəklər:

  • Düşərgə boyu daimi nəzarət, tibbi dəstək, uşaqların emosional rahatlığına nəzarət
  • Bütün oyun, əyləncə, liderlik və təbiət fəaliyyətləri üçün lazım olan materiallar və ləvazimatlar

💰 Qiymət və qeydiyyat məlumatı

KateqoriyaQiymət
Ümumi iştirakçılar360 AZN
Skautlar üçün (üzvlük haqqını ödəyən)330 AZN
AdventureCamp daimi iştirakçıları300 AZN
Rencer üzvləri260 AZN

Təqdim olunan qiymətlər üçün son qeydiyyat tarixi: 31 may 2025-ci il

🛡️ Təhlükəsizlik

Summer Program olaraq düşərgələrimizdə uşaqların təhlükəsizliyi bizim üçün birinci dərəcəli məsələdir. Təşkil etdiyimiz bütün proqramlar fiziki, emosional və psixoloji təhlükəsizlik prinsipləri əsasında qurulur. Hər bir uşaq bizim üçün dəyərlidir və onun rifahı hər şeydən önəmlidir.

👨‍🏫 Peşəkar və təlim keçmiş liderlər

Düşərgə iştirakçılarına rəhbərlik edən qrup liderləri:

  • Skaut liderlik kursunu bitirmiş,
  • Praktik biliklərə və uşaqlarla işləmə təcrübəsinə malik,
  • Rəsmi liderlik sertifikatlarına sahib şəxslərdir.

Bu liderlər yalnız təlim və əyləncə zamanı deyil, bütün fəaliyyətlər boyunca uşaqların təhlükəsizliyinə daimi nəzarət edirlər.

📍 Fiziki Təhlükəsizlik:

  • Çadırlar, yemək sahələri və oyun zonaları təhlükəsiz və nəzarətli şəkildə təşkil olunub
  • Bütün fəaliyyətlərdə təcrübəli nəzarətçilər və bələdçilər iştirak edir
  • Transport təhlükəsizliyi ciddi riyayət edilir. Əməkdaşlarımız sürücüləri yol boyu nəzarətdə saxlayır
  • Düşərgə ərazisi gecə-gündüz müşahidə və nəzarət altında saxlanılır. Gecə növbətçilik sistemi qurulur.

🧠 Psixoloji və Emosional Təhlükəsizlik:

  • Lider heyəti uşaq psixologiyası üzrə maarifləndirilmişdir
  • Qarşılıqlı hörmətə əsaslanan dostluq mühiti təşviq olunur
  • Uşaqlar elektron cihazlardan uzaq qalaraq real ünsiyyət və sosial bacarıqlar inkişaf etdirirlər

🩺 Tibbi Təhlükəsizlik və Yardım:

  • Ərazidə ilk tibbi yardım vasitələri və sanitariya şəraiti mövcuddur
  • Lazım gəldikdə yaxın tibb mərkəzləri ilə birbaşa əlaqə qurulur
  • Fəaliyyətlərdən əvvəl uşaqlara təhlükəsizlik brifinqi keçirilir

🛡️ Zərərdən Müdafiə Siyasəti

Biz yalnız fiziki təhlükəsizliyə deyil, emosional və sosial rifahın qorunmasına da xüsusi diqqət yetiririk.

  • Summer Program-ın Zərərdən Müdafiə Siyasəti (Safe From Harm) bütün lider və könüllülər üçün məcburi və sistemli şəkildə tətbiq olunur
  • Qaydalar hər bir uşağın rahatlığı, hörməti və qorunması üçün işlənib hazırlanmışdır.

📄 Daha ətraflı məlumat üçün təhlükəsizlik siyasətimizə baxın:
🔗 Summer Program Təhlükəsizlik SiyasətiSafe From Harm siyasəti ilə tanış olun.