
Quba’da keçirilən Adventure Camp 2024 macəralı yay düşərgəsi, bu il də müvəffəqiyyətlə yekunlaşdı. 7-17 avqust tarixlərində baş tutan bu düşərgə, iştirakçılar üçün unudulmaz təcrübələr və faydalı bacarıqlar qazandırdı.
Unudulmaz yay düşərgəsi
Bu dəfəkii düşərgə, 9-16 yaş arası uşaqlar üçün geniş bir proqramla təqdim olundu. Geniş miqyaslı komanda quruculuğu fəaliyyətləri ilə uşaqlar birlikdə işləmə və liderlik bacarıqlarını inkişaf etdirdilər. İştirakçılar, müxtəlif qruplara bölünərək bir-birilərinə dəstək oldular və əməkdaşlıq edərək, komanda ruhunu gücləndirdilər.

Yaradıcılıqlarını sərbəst buraxan uşaqlar, art fəaliyyətində öz sənət əsərlərini yaratdılar. Rənglərin və formaların ahəngini istifadə edərək, fərdi bacarıqlarını inkişaf etdirdilər. Bu fəaliyyət, onların yaradıcılıq qabiliyyətlərini kəşf etmələrinə və ifadə etmələrinə şərait yaratdı.

Su altı dünyaya maraq göstərən iştirakçılar, skuba diving fəaliyyətində iştirak edərək yeni bir macəra yaşadılar. Bu təcrübə, onların sualtı həyat haqqında məlumatlarını artırmaqla yanaşı, təhlükəsizlik qaydalarına riayət etmə bacarıqlarını da möhkəmləndirdi.

Praktik həyat bacarıqlarının inkişafına yönəlmiş zərərdən müdafiə təlimi, uşaqların təhlükəsizlik biliklərini artırdı. Çadır qurma və düşərgə salma fəaliyyəti ilə isə onlar, təbiət şəraitində öz müstəqilliklərini sınaqdan keçirdilər. Bu təcrübə, onların qapalı mühitdən uzaqlaşıb açıq havada özlərinə məskən qurmaq bacarıqlarını artırdı.

Adrenalin dolu ziplayn fəaliyyəti, uşaqlara həyəcanlı və dinamik anlar yaşatdı. Hər bir iştirakçı, yüksəkdən aşağıya doğru sürətlə hərəkət edərək, qorxularını yenmə və özünə inam hissini artırma şansı əldə etdi.

Düşərgənin mətbəxində keçirilən yemək bişirmə fəaliyyəti, uşaqlara yeni kulinariya bacarıqları öyrətdi. Onlar, fərqli reseptləri sınaqdan keçirərək və birgə çalışaraq, müxtəlif yeməklər hazırladılar.

Gecə növbətçilik fəaliyyəti isə uşaqlara məsuliyyət hissi aşıladı. Növbə ilə gecə boyu düşərgə ərazisinin təhlükəsizliyini təmin edərək, bir-birlərinə olan güvənlərini artırdılar.
Ocaq və yanğından mühafizə təlimi ilə iştirakçılar, yanğın təhlükəsizliyi qaydalarını öyrəndilər. Bu təlim, onların təcili hallarda necə davranmalı olduqlarını və təhlükəsizliyi necə təmin etməli olduqlarını göstərdi.

Düşərgələrimiz uşaqların həm fiziki, həm də sosial inkişafına mühüm töhfə verir. Bu düşərgə, yeni dostluqların yaranmasına, yeni bacarıqların kəşf edilməsinə və ən əsası, uşaqların özünə inamlarının artmasına şərait yaradır. Hər bir iştirakçı, unudulmaz xatirələrlə evlərinə döndülər.
Summer Program uşaqlarımız üçün əsl macəra və inkişaf proqramıdır. Növbəti düşərgələrdə yenidən görüşmək ümidi ilə!