Summer Program Yeni Mövsümə Start verir!

Yeni Macəralara Hazırsınız?

Əziz valideynlər və gənclər! Summer Program yeni mövsümə start verir. Əsasən 8-17 yaş arası uşaqlar üçün nəzərdə tutulan bu yay proqramı, eyni zamanda gənclər və ailələr üçün öyrənmə və əyləncəni bir araya gətirən mükəmməl bir fürsətdir.

Azərbaycan Skautlar AssosiasiyasınınUnified Azerbaijanın birgə həyata keçirdiyi proqramda idmandan incəsənətə, təbiət gəzintilərindən masterklaslara qədər geniş çeşidli fəaliyyətlərimizlə hər bir uşağın maraqlarını və bacarıqlarını inkişaf etdirmək və yay istirahətlərini yadda qalan etmək üçün proqramımızı daimi yeniliklər gətiririk.

Proqramın Xüsusiyyətləri

  • Yay Məktəbi: Tədris dövründən fərqli olaraq, yay məktəbi daha çox əyləncəyə və praktiki öyrənməyə yönəlmişdir. Burada uşaqlar, fərqli mövzularda maraqlı dərslər alacaq və yeni dostlar qazanacaq.
  • Yay Düşərgəsi: Geniş açıq hava fəaliyyətləri ilə dolu olan yay düşərgəsi, uşaqlara təbiəti daha yaxından tanımaq və onunla ünsiyyətdə olmaq imkanı verir.
  • Həftəsonu Fəaliyyətləri: Uşaqlar, Gənclər və Ailələr üçün fərqli və maraqlı həftə sonu fəaliyyətləri. Bu fəaliyyətlər iştirakçılar əylənəcək, həm də yeni təcrübələr qazandıracaq.

Yeni Dostlar və Xatirələr

Summer Program uşaqların sosial bacarıqlarını inkişaf etdirmək üçün mükəmməl bir mühit yaradır. Burada, müxtəlif bölgələrdən gələn uşaqlar yeni dostlar qazanacaq, birlikdə çalışacaq və ömür boyu unudulmaz xatirələr yaradacaq.

Yeni mövsümün başlanğıcı ilə birlikdə, SummerProgram Azerbaijan sizi və uşaqlarınızı bu unikal təcrübəyə dəvət edir. Hazırlanın, çünki bu yay öyrənmək, kəşf etmək və əylənmək üçün mükəmməl bir zaman olacaq!

Qeydiyyatdan keçin və uşaqlarınızın yayı daha zəngin və mənalı keçirməsinə nail olun!