Şimal-qərb bölgəsi

Təklif

Azərbaycanın şimal-qərb bölgəsinə səfər edən qonaqlar tarixi abidələri ziyarət edə, yerli yeməkləri dada və ya Qafqaz dağlarına baş çəkə bilərlər. Diqqət çəkən məqamlardan biri də cazibədar Şəkidə İpək yolu abu-havasını hiss etmək, ucqar dağ kəndlərində qədim sənətkarlıq ənənələrini müşahidə etmək və gizli göllərə və şəlalələrə dağ yürüşü etmək mümkündür.

Mövcud turizm məhsulları istiqamətləri

Mədəniyyət, tarix, təbiət, kənd təsərrüfatı, xüsusi maraq

Məhsul inkişaf istiqamətləri

Qış təcrübələri, açıq havada fəaliyyət, macəra, ekstremal idman növləri, etnik mədəniyyət

Resurslar

  • Təbiət: meşə, dağlar, gözəl açıq hava mənzərələri, dəniz, göllər, şəlalələr və çaylar
  • Etnik mədəniyyət
  • Dağ yeməkləri: bal, ləzgi və yəhudi milli mətbəxi, süd və süd məhsulları və s.
  • Təbii məhsullar: alma, göyərti, qoz-fındıq, üzüm, giləmeyvə, heyva və s.
  • Su turizmi
  • Dağ kəndləri
  • Ekstremal idman növləri
  • Düşərgə (kempinq), dağ yürüşü (haykinq), trekinq, dağ velosipedi imkanları
  • Professional qolf meydançası

Mədəni təcrübələr

Mədəni əyləncə seçimlərinin olmaması (məsələn, yerli musiqi və rəqs tamaşaları, etnik / ənənəvi geyimlərlə fotosessiyalar və s.). “Zirzəmi qapısı” (cellar door) təcrübəsi olan şərab zavodları yoxdur və ya məhduddur. Turizm üçün mədəni müxtəliflik və etnik azlıq təcrübələrinin yerləşdirilməsi və inkişafı tələb olunur.

Mədəniyyət obyektləri

Regional muzeylər beynəlxalq qonaqlar və uşaqlar üçün darıxdırıcı ola bilər və əksər hallarda interaktiv olmurlar. Mədəni irs bəzən əlçatmaz olur və irslə bağlı kifayət qədər açıqlama / tarixi fakt yoxdur. Bəzi mədəni yerlərə əvvəlcədən tur sifariş etmək çətindir.

Qastronomiya təcrübələri

Qastronomiya master-klasları zəif təmin olunur, yerli qastronomiya mütəxəssisləri azdır və ümumiyyətlə master-klass zamanı əyləncə və qarşılıqlı əlaqə məhdud saydadır.

Su turizmi

Mənzərəli təbii ərazilərdə su əsaslı (məsələn, balıqçılıq, qayıqla gəzinti) və digər qısa müddətli açıq turizm təcrübələrinin olmaması. Gəmi, katamaran, su velosipedləri, balıqçılıq paltarları və avadanlıqlarının kirayəsi, su əsaslı təcrübələrin təşkili üçün məhdud xidmətlər mövcuddur.

Trekinq və haykinq

Ümumiyyətlə, yürüş marşrutları zəif inkişaf etmişdir və xüsusən, maddi və qeyri-maddi mədəni turizm məhsullarının sayı məhduddur. Oflayn xəritələşmə xidmətləri və mobil tətbiqetmələr məhduddur, marşrutun izahı olan yol işarələri, yerli yürüş bələdçiləri, onlayn sifariş xidmətlərinin sayı azdır və ya ümumiyyətlə yoxdur.

Kempinq

Təbiət əraziləri və inkişaf etmiş infrastruktur obyektlərinin yaxınlığında dövlət və özəl düşərgə sahələrinin olmaması. Düşərgə avadanlıqlarının kirayəsi, yürüş marşrutları üçün əvvəlcədən rezervasiya, yerli bələdçi və digər xidmətlərin (məsələn, tonqal meydançaları, musiqi alətlərinin kirayəsi, fotoçəkilişlər, qonaq evləri, yerli yeməklər, etnik təcrübələr, rəqs tamaşaları, sənətkarlıq master-klasları və s.) olmaması.

Adüenture Camp 2022

Uşaq əyləncəsi

Ailələr və uşaqlar üçün nəzərdə tutulmuş fəaliyyətlər və əyləncə məkanları: uşaq meydançaları, ailəyə və uşaqlara uyğun olan təbiət / kənd təsərrüfatı təcrübələri, uşaqlar üçün master-klass təcrübələri (aşpazlıq, dulusçuluq, əl işləri), tematik parklar / əyləncə yerləri (ip parkları, uşaq klubları, lazer strayk, kinoteatrlar və s.), həmçinin idman / istirahət yerləri (boulinq, peyntbol, leqo, rəsm, rəqslər və s.) məhduddur.

Gecə əyləncəsi

Gecə klubları, açıq səma altında kinoteatrlar, uşaq diskotekaları, gecə mərasimləri, tonqallar, açıq havada folklor və etnik musiqi tədbirləri və digər gecə turizmi fəaliyyətləri əksər bölgələrdə yaxşı təmin edilməyib.

Muzeylər

Muzeylərdə interaktiv təcrübələrin zəif təmin edilməsi. Bölgə muzeylərində bələdçi/ tərcümə xidmətləri və foto / video / texnologiya həlləri inkişaf etməyib. Muzey biletlərini almaq üçün onlayn sifariş imkanı yaradılmalıdır.

Əl işləri və hədiyyəlik əşyalarəşyaları

Müasir əl işi məhsulları: suvenirlər, ev əşyaları və hədiyyəlik əşyalar (məsələn, dulusçuluq məhsulları / gil dibçəklər, fincanlar, doğrama taxtaları, altlıqlar, qablar, qutular, kosmetika qabları, toxunma, taxta və yun oyuncaqlar, zinət əşyaları, yemək qutuları, yerli istehsal olan tekstil və ipək paltarlar və ətəklər, şərflər, sancaqlar və bantlar və s.). Xüsusi sənətkarlıq bazarlarının olmaması və əl istehsalı məhsulların turistlər üçün əl işi məhsulları satış nöqtələrinin az olması.

Fast-fud yeməklər

Milli, müasir, beynəlxalq və ya individual fast-fud növlərinin satış yerlərinin və çeşidlərinin az olması. Ənənəvi qidaları müasir ləzzət və kulinariya meylləri ilə birləşdirən yeni mətbəx və reseptlərin inkişaf etdirilməməsi.

Turizm və sosial inkişaf

Yerli sosial inkişaf təşəbbüslərinin (turizm könüllüləri, gənclər təşkilatları, dil öyrənmək üçün mobil / onlayn tətbiqlər və s.) azlığı

Tullantıların idarə olunması

Tullantıların idarə olunması problemini həll etməyi hədəfləyən bir sıra sosial layihələrə baxmayaraq, regionlarda (xüsusən turistik ərazilərdə) vəziyyətin yaxşı olmaması. Tətbiq / texnologiya əsaslı həllər araşdırılmamışdır.

Festivallar və tədbirlər

Regional səviyyəli festival və tədbirlərin məhdud informasiya dəstəyi / təşkili / koordinasiyası, onlayn sifariş / bilet sistemləri ilə əlaqələrinin olmaması.

Nəqliyyat və səyahət

Bölgələr arasında məhdud nəqliyyat xidməti (bölgələr arasında birbaşa əlaqə yaradan yolların olmasına baxmayaraq, nəqliyyat operatorlarının əksəriyyəti, yalnız Bakıya gedib-gəlirlər). Bölgə daxilində daha çox sərbəst səyahət etmək üçün nəqliyyatla əlaqəli tətbiqlərin məhdud mövcudluğu.

Suvenirlər

Yerli məmulatlar və qida məhsulları (mürəbbə, meyvə suyu, sous, şirniyyat, bitki çayları, ədviyyat, meyvə çipsi, quru meyvələr, qoz-fındıq, giləmeyvə şərabı və s.) çox vaxt yaxşı inkişaf etdirilmir, qablaşdırılmır və əsas turizm yerlərində təqdim olunmur. Maqnitlər, hədiyyə kartları, dəftərlər, poçt markaları və s. kimi kiçik (asanlıqla daşınan), ucuz qiymətli suvenirlərin olmaması.

#turizmtəcrübəsi #ekoturizm #eticarət #qastronomiya #texnologiyalar #infrastruktur #sosial #qastronomiya #turizmtəcrübəsi #eticarət #ekoturizm