
Adventure Camp 2025: Uşaqlar üçün macəralı yay düşərgəsi
Övladlarınız bu yay həm əylənəcək, həm inkişaf edəcək! Yay tətili uşaqlar üçün sadəcə istirahət deyil – eyni zamanda öyrənmək, böyümək və unudulmaz təcrübələr qazanmaq üçün…
2027 yay mövsümü üçün ön qeydiyyat açıqdır · 6–18 yaş
Scout Rangers üzvlərinə −30% endirim
Nabran · Samur-Yalama Milli Parkı
2027 tarixləri tezliklə açıqlanacaq. Qeydiyyatdan keçənlər ilk xəbər tutur.
Meşə və dəniz arasında 6 günlük çadır həyatı: skaut bacarıqları, su oyunları, tonqal axşamları.
Adventure Camp 5 ildir davam edən və hər il yüzlərlə uşağın qatıldığı əsas yay düşərgəmizdir. Uşaqlar gündəlik elektron mühitdən uzaqlaşır, təbiətin qoynunda real bacarıqlar qazanır.
Proqram skaut metoduna əsaslanır: komanda oyunları, skaut missiyaları və macəra tapşırıqları uşaqlarda liderlik, qərarvermə və təşəbbüskarlıq bacarıqlarını inkişaf etdirir.
Təbiətdə sağ qalma, istiqamət tapma, tonqal qalama və düyünlər.
Təhlükəsiz şəkildə təşkil olunan su oyunları və dəniz əyləncələri.
Telefon və planşet yerinə real dostluq, oyun və söhbət.
Hekayələr, ifalar və əsl “campfire” atmosferi.




Liderlərimiz ilk gündən uşaqlarla yaxından işləyir, kiçik qruplarda dostluq tez qurulur. Valideynlərlə əlaqə təşkilatçılar vasitəsilə saxlanılır.
Düşərgə elektroniksiz mühitdir. Telefon gətirilərsə, liderlərə təhvil verilir və yalnız təyin olunmuş vaxtlarda istifadə olunur.
Nəqliyyat, yaşayış, qidalanma, bütün fəaliyyətlər, ləvazimat və düşərgə köynəyi.

Övladlarınız bu yay həm əylənəcək, həm inkişaf edəcək! Yay tətili uşaqlar üçün sadəcə istirahət deyil – eyni zamanda öyrənmək, böyümək və unudulmaz təcrübələr qazanmaq üçün…

Qubada keçirilən Adventure Camp 2024 macəralı yay düşərgəsi, bu il də müvəffəqiyyətlə yekunlaşdı. 7-17 avqust tarixlərində baş tutan bu düşərgə, iştirakçılar üçün unudulmaz təcrübələr…

“SummerProgram” növbəti düşərgəsini elan edir. Hər gün kəşf, öyrənmək və əyləncə üçün yeni fürsət olan AdventureCamp bu dəfə sizi #AdventurePayız düşərgəsi üçün səsləyir. Bu payız…
Yay məktəbiÜzvlərə −30%Innovation Lab və Life Skills Camp: texnologiya, liderlik və həyati bacarıqlar təbiətin qoynunda.
Beynəlxalq skaut düşərgəsiÜzvlərə −30%10 ildən çoxdur regionlarda keçirilən ənənəvi beynəlxalq skaut düşərgəsi.
Su düşərgəsiÜzvlərə −30%Mingəçevirdə avarçəkmə, balıqçılıq və dalğıclıqla dolu su düşərgəsi.