2027 yay mövsümü üçün ön qeydiyyat açıqdır · 6–18 yaş

Summer Program
Beynəlxalq skaut düşərgəsiRencerlərə −30%

Wonderland

Regionlar üzrə

Yaş
8–17 yaş
Müddət
—
Mövsüm
Yay

Keçiriləcək tarixlər

2027 tarixləri tezliklə açıqlanacaq. Qeydiyyatdan keçənlər ilk xəbər tutur.

Proqram haqqında

10 ildən çoxdur regionlarda keçirilən ənənəvi beynəlxalq skaut düşərgəsi.

Azərbaycan Skautlar Assosiasiyasının ilk “Wonderland” beynəlxalq skaut düşərgəsi 2013-cü ildə Şəkidə təşkil olunub və ənənəvi illik düşərgəyə çevrilib. 2014-cü ildə Azərbaycanın cənubunda qurulan 208 nəfərlik çadır düşərgəsinə dünyanın bütün qitələrindən skautlar toplaşıb.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən düşərgə sonradan Gəncə, Gədəbəy, Qəbələ, İsmayıllı, Xaçmaz, Masallı, Tovuz və digər rayonlarda təşkil edilib, yüzlərlə skautu bir araya gətirib.

Məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili, vətənpərvərlik hisslərinin yüksəldilməsi, ekstremal hallardan çıxış yollarının öyrədilməsi, dostluq əlaqələrinin gücləndirilməsi və skaut hərəkatının regionlarda inkişafıdır.

Beynəlxalq iştirak

Müxtəlif ölkələrdən skautlarla tanışlıq və mədəni mübadilə.

Ekstremal hazırlıq

Çətin vəziyyətlərdə düzgün davranış və ilk yardım.

Vətənpərvərlik

Regionların tarixi və təbiəti ilə yaxından tanışlıq.

Dostluq

Yeniyetmə və gənclər arasında möhkəm dostluq əlaqələri.

Qiymətə nələr daxildir?

  • Nəqliyyat
  • Çadırda yaşayış
  • Gündə 3 dəfə qidalanma
  • Skaut fəaliyyətləri
  • Su əyləncələri
  • Axşam proqramları və əyləncələr
  • Müxtəlif sahələrdə masterklasslar və vorkşoplar
  • Art terapiya və əyləncəli idman oyunları

Düşərgə haqqında suallar

Kimlər qatıla bilər?

Skaut qruplarının üzvləri və təşkilatçıların müəyyən etdiyi yaş qrupundakı gənclər. Hər il şərtlər ayrıca elan olunur.

Digər proqramlar

Hamısı →
Macəra düşərgəsiÜzvlərə −30%

Adventure Camp

Meşə və dəniz arasında 6 günlük çadır həyatı: skaut bacarıqları, su oyunları, tonqal axşamları.

Yaş8–16 yaş
Müddət6 gün
YerNabran · Samur-Yalama Milli Parkı
2027: ön qeydiyyat açıqdır
Yay məktəbiÜzvlərə −30%

Summer School

Innovation Lab və Life Skills Camp: texnologiya, liderlik və həyati bacarıqlar təbiətin qoynunda.

Yaş8–15 yaş
Müddət10 gün (və ya 5 gün)
Yerİsmayıllı
2027: ön qeydiyyat açıqdır
Su düşərgəsiÜzvlərə −30%

Avarçəkmə Düşərgəsi

Mingəçevirdə avarçəkmə, balıqçılıq və dalğıclıqla dolu su düşərgəsi.

YerMingəçevir
2027: ön qeydiyyat açıqdır
Wonderland — beynəlxalq skaut düşərgəsi, 8–17 yaş · Summer Program