
Summer School 2026: İsmayıllıda 10 günlük Yay Məktəbi
İsmayıllıda 6–15 iyul tarixlərində 8–15 yaşlı uşaqlar üçün Innovation Lab və Life Skills Camp: proqram, tarixlər və qiymətlər.
2027 yay mövsümü üçün ön qeydiyyat açıqdır · 6–18 yaş
Scout Rangers üzvlərinə −30% endirim
İsmayıllı
2027 tarixləri tezliklə açıqlanacaq. Qeydiyyatdan keçənlər ilk xəbər tutur.
Innovation Lab və Life Skills Camp: texnologiya, liderlik və həyati bacarıqlar təbiətin qoynunda.
Summer School uşaqların yay tətilini həm əyləncəli, həm də faydalı keçirməsi üçün hazırlanmış 10 günlük xüsusi inkişaf proqramıdır. Proqram iki hissədən ibarətdir: “Innovation Lab” və “Life Skills Camp”. Hər birinə ayrıca 5 günlük qatılmaq da olar.
İştirakçılar təbiət qoynunda düşərgə həyatı yaşayır, yeni dostlar qazanır, texnoloji yeniliklərlə tanış olur, liderlik vərdişləri qazanır və unudulmaz xatirələr toplayır.
2026-cı ildə proqram İsmayıllıda keçirildi: Innovation Lab 6–10 iyul, Life Skills Camp 11–15 iyul. 5 günlük proqramların qiyməti: Innovation Lab 600 ₼ (Rangers üzvlərinə 500 ₼), Life Skills Camp 550 ₼ (Rangers üzvlərinə 450 ₼).
Yaradıcılıq və innovasiya, komanda layihələri, problem həlli, təqdimat və süni intellektdən istifadə.
Liderlik, ünsiyyət, komanda işi, müstəqil qərarvermə və vaxtın idarə olunması.
Açıq hava fəaliyyətləri və sağqalma bacarıqları.
Çadır həyatı, idman, su oyunları, yaradıcılıq sessiyaları və tonqal axşamları.




Bəli. Innovation Lab (ilk 5 gün) və Life Skills Camp (son 5 gün) ayrıca seçilə bilər.
Summer School-da gündəlik təlim və layihə işləri var. Adventure Camp isə daha çox açıq hava macərası və skaut bacarıqlarına yönəlib.
Bəli. 2026-cı ildə 10 günlük proqram standart iştirakçılar üçün 800 ₼, Skaut Rencer üzvləri üçün 700 ₼ idi.

İsmayıllıda 6–15 iyul tarixlərində 8–15 yaşlı uşaqlar üçün Innovation Lab və Life Skills Camp: proqram, tarixlər və qiymətlər.
Macəra düşərgəsiÜzvlərə −30%Meşə və dəniz arasında 6 günlük çadır həyatı: skaut bacarıqları, su oyunları, tonqal axşamları.
Beynəlxalq skaut düşərgəsiÜzvlərə −30%10 ildən çoxdur regionlarda keçirilən ənənəvi beynəlxalq skaut düşərgəsi.
Su düşərgəsiÜzvlərə −30%Mingəçevirdə avarçəkmə, balıqçılıq və dalğıclıqla dolu su düşərgəsi.