Azərbaycan Skautlarının Milli Dəyərlər və Liderlik Forumu

· 1 dəq oxu

Forum Azərbaycan Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilir və gənclərin Konstitusiyada əks olunmuş milli və hüquqi dəyərlər, liderlik məsuliyyəti və vətəndaş mövqeyi mövzularında bilik və bacarıqlarının artırılmasını hədəfləyir.

Birinci gün çərçivəsində forumun rəsmi açılış mərasimi keçirilib. Ardınca “Konstitusiya və Dəyərlər: hüquqi əsaslar və gənclərin rolu” mövzusunda panel müzakirəsi təşkil olunub. Panel müzakirəsində Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdir müavini, Prezident mükafatçısı Ülviyyə Axundova çıxış edərək gənclərin konstitusion dəyərlərin qorunması və təbliğində rolu, hüquqi əsaslar və vətəndaş məsuliyyəti barədə fikirlərini bölüşüb.

Günün ikinci yarısında iştirakçılar üçün liderlik və dəyər əsaslı yanaşmalar üzrə interaktiv təlimlər və komanda fəaliyyətləri həyata keçirilib. Təlimlər zamanı skaut dəyərlərinin gündəlik davranışlarda, qərarvermə proseslərində və liderlik praktikasında tətbiqi müzakirə olunub.

Forum öz işini növbəti günlərdə təhlükəsizlik, etik davranış (Safe from Harm), praktiki fəaliyyətlər və “Gənc Liderlərin Dəyər Manifesti”nin hazırlanması ilə davam etdirəcək.

Bunlar da maraqlı ola bilər

Bütün yazılar →
Xəbərlər

Skaut Rencerlər – Gəncə

Texnologiyadan uzaq, aktiv, sağlam və sosial bacarıqları gücləndirən bir proqram axtaranlar üçün Skaut Rencerlər skaut qrupu ən doğru seçimdir. Artıq illərlə üzərində işlənmiş və xüsusi…

2 dəq oxu
Xəbərlər

Summer Program və AzeRobot əməkdaşlığa başlayır

Summer Program və “AzeRobot Education” arasında birgə fəaliyyətlərin təşkili ilə bağlı ilkin danışıqlar aparılıb. Əməkdaşlıq çərçivəsində tərəflər gələcəkdə uşaqlar və gənclərin…

2 dəq oxu
Xəbərlər

Summer Program komandası planlama görüşü həyata keçirib

Summer Program komandası, uşaqlar üçün daha maraqlı və faydalı bir yay düşərgəsi təşkil etmək məqsədilə əhatəli bir görüş keçirdi. Görüş zamanı, düşərgənin planlanması və proqramının…

2 dəq oxu