Robototexnika düşərgəsi

RoboCamp

AzeRobot Education ilə birgə: təbiətdə 5 gün, LEGO ilə robot yığmaq, proqramlaşdırma və final robot yarışı.

Yaş8–16 yaş
Müddət5 gün
YerŞamaxı · Pirqulu
MövsümYay
Proqram haqqında

Nə yaşayacaq, nə öyrənəcək

RoboCamp Azərbaycan Skautları və AzeRobot Education-ın birgə təşkil etdiyi robototexnika düşərgəsidir. Uşaqlar təbiət qoynunda həm əylənir, həm də robototexnikada ilk addımlarını atır.

LEGO robototexnika dəstləri ilə sıfırdan robot hissələri yığılır, motor və sensorlar quraşdırılır, hərəkət proqramlaşdırılır. Sonuncu gün valideynlərin iştirakı ilə robot yarışı keçirilir. 2025-ci ildə düşərgə 25–29 avqust tarixlərində Şamaxıda (Pirqulu) keçirildi.

Scout Rangers üzvlərinə 30%-ə qədər endirim. Rangers haqqında →

Robot yığımı

Hissələrdən işlək robota qədər.

Proqramlaşdırma

Yaşa uyğun vizual və mətn əsaslı kodlaşdırma.

Robot döyüşləri

Final günü komandalar arasında yarış.

Mühəndis təfəkkürü

Problemi hissələrə bölüb həll etmək.

Tez-tez verilən suallar

Avadanlıq gətirmək lazımdır?

Xeyr, LEGO robototexnika dəstləri və bütün ləvazimat təşkilatçılar tərəfindən təmin olunur.

Nəqliyyat varmı?

Bəli, Bakı – Şamaxı – Bakı istiqamətində lisenziyalı nəqliyyat təşkil olunur.

RoboCamp 2027 üçün yer ayırın

Ön qeydiyyatdan keçənlər tarix və qiymət açıqlanan kimi ilk xəbər tutur və erkən qeydiyyat endirimindən yararlanır.

WhatsApp ilə ön qeydiyyat

Düşərgədən yazılar

Elanlar

RoboCamp – Mövsümün son düşərgəsi

Robotların döyüşünə hazırsınız?! Yay tətili uşaqlar üçün həm istirahət, həm də yeni bacarıqlar öyrənmək üçün əla fürsətdir. Bu il Azərbaycan Skautları və AzeRobot birgə…

4 dəq oxu
Xəbərlər

Summer Program və AzeRobot əməkdaşlığa başlayır

Summer Program və “AzeRobot Education” arasında birgə fəaliyyətlərin təşkili ilə bağlı ilkin danışıqlar aparılıb. Əməkdaşlıq çərçivəsində tərəflər gələcəkdə uşaqlar və gənclərin…

2 dəq oxu

Digər proqramlar

Hamısı →
Macəra düşərgəsiRangers −30%

Adventure Camp

Meşə və dəniz arasında 6 günlük çadır həyatı: skaut bacarıqları, su oyunları, tonqal axşamları.

Yaş8–16 yaş
Müddət6 gün
YerNabran · Samur-Yalama Milli Parkı
2027: ön qeydiyyat açıqdır
Yay məktəbiRangers −30%

Summer School

Innovation Lab və Life Skills Camp: texnologiya, liderlik və həyati bacarıqlar təbiətin qoynunda.

Yaş8–15 yaş
Müddət10 gün (və ya 5 gün)
Yerİsmayıllı
2027: ön qeydiyyat açıqdır
İl boyu skaut qrupu

Scout Rangers

İllik üzvlüklə həftəlik skaut qrupu. Üzvlər Summer Program düşərgələrində 30%-ə qədər endirim alır.

Yaş6–18 yaş
Müddətİl boyu
YerBakı · Gəncə
2027: ön qeydiyyat açıqdır
RoboCamp — robototexnika düşərgəsi, 8–16 yaş · Summer Program