Macəra düşərgəsi

Adventure Camp

Meşə və dəniz arasında 6 günlük çadır həyatı: skaut bacarıqları, su oyunları, tonqal axşamları.

Yaş8–16 yaş
Müddət6 gün
YerNabran · Samur-Yalama Milli Parkı
MövsümYay, Payız
Proqram haqqında

Nə yaşayacaq, nə öyrənəcək

Adventure Camp 5 ildir davam edən və hər il yüzlərlə uşağın qatıldığı əsas yay düşərgəmizdir. Uşaqlar gündəlik elektron mühitdən uzaqlaşır, təbiətin qoynunda real bacarıqlar qazanır.

Proqram skaut metoduna əsaslanır: komanda oyunları, skaut missiyaları və macəra tapşırıqları uşaqlarda liderlik, qərarvermə və təşəbbüskarlıq bacarıqlarını inkişaf etdirir.

Scout Rangers üzvlərinə 30%-ə qədər endirim. Rangers haqqında →

Skaut təlimləri

Təbiətdə sağ qalma, istiqamət tapma, tonqal qalama və düyünlər.

Su və dəniz

Təhlükəsiz şəkildə təşkil olunan su oyunları və dəniz əyləncələri.

Elektroniksiz mühit

Telefon və planşet yerinə real dostluq, oyun və söhbət.

Axşam tonqalları

Hekayələr, ifalar və əsl “campfire” atmosferi.

Qiymətə nə daxildir

Son mövsümün qiyməti: 460 ₼. 2027 qiyməti və erkən qeydiyyat endirimi tezliklə elan olunacaq.

  • Bakı – düşərgə – Bakı lisenziyalı nəqliyyat
  • Kotec və ya 4–6 nəfərlik çadırda yaşayış, qızlar və oğlanlar üçün ayrı sahələr
  • Gündə 3 dəfə yemək və fəaliyyətlər arası sağlam qəlyanaltı
  • Gündə 1 saat ingilis dili
  • Masterklasslar, vorkşoplar və art terapiya
  • Düşərgə köynəyi hədiyyə
  • Daimi nəzarət və tibbi dəstək
  • Bütün fəaliyyətlər üçün ləvazimat

Tez-tez verilən suallar

Uşaq ilk dəfə evdən uzaqda qalırsa?

Liderlərimiz ilk gündən uşaqlarla yaxından işləyir, kiçik qruplarda dostluq tez qurulur. Valideynlərlə əlaqə təşkilatçılar vasitəsilə saxlanılır.

Telefon götürmək olar?

Düşərgə elektroniksiz mühitdir. Telefon gətirilərsə, liderlərə təhvil verilir və yalnız təyin olunmuş vaxtlarda istifadə olunur.

Qiymətə nə daxildir?

Nəqliyyat, yaşayış, qidalanma, bütün fəaliyyətlər, ləvazimat və düşərgə köynəyi.

Adventure Camp 2027 üçün yer ayırın

Ön qeydiyyatdan keçənlər tarix və qiymət açıqlanan kimi ilk xəbər tutur və erkən qeydiyyat endirimindən yararlanır.

WhatsApp ilə ön qeydiyyat

Düşərgədən yazılar

Düşərgə gündəliyi

Adventure Camp 2024 – Quba Düşərgəsi Yekunlaşdı

Qubada keçirilən Adventure Camp 2024 macəralı yay düşərgəsi, bu il də müvəffəqiyyətlə yekunlaşdı. 7-17 avqust tarixlərində baş tutan bu düşərgə, iştirakçılar üçün unudulmaz təcrübələr…

2 dəq oxu
Elanlar

Adventure Payız

“SummerProgram” növbəti düşərgəsini elan edir. Hər gün kəşf, öyrənmək və əyləncə üçün yeni fürsət olan AdventureCamp bu dəfə sizi #AdventurePayız düşərgəsi üçün səsləyir. Bu payız…

1 dəq oxu

Digər proqramlar

Hamısı →
Yay məktəbiRangers −30%

Summer School

Innovation Lab və Life Skills Camp: texnologiya, liderlik və həyati bacarıqlar təbiətin qoynunda.

Yaş8–15 yaş
Müddət10 gün (və ya 5 gün)
Yerİsmayıllı
2027: ön qeydiyyat açıqdır
İl boyu skaut qrupu

Scout Rangers

İllik üzvlüklə həftəlik skaut qrupu. Üzvlər Summer Program düşərgələrində 30%-ə qədər endirim alır.

Yaş6–18 yaş
Müddətİl boyu
YerBakı · Gəncə
2027: ön qeydiyyat açıqdır
Beynəlxalq skaut düşərgəsiRangers −30%

Wonderland

10 ildən çoxdur regionlarda keçirilən ənənəvi beynəlxalq skaut düşərgəsi.

Yaş8–17 yaş
YerRegionlar üzrə
2027: ön qeydiyyat açıqdır