Beynəlxalq skaut düşərgəsi

Wonderland

10 ildən çoxdur regionlarda keçirilən ənənəvi beynəlxalq skaut düşərgəsi.

Yaş8–17 yaş
YerRegionlar üzrə
MövsümYay
Proqram haqqında

Nə yaşayacaq, nə öyrənəcək

Azərbaycan Skautlar Assosiasiyasının ilk “Wonderland” beynəlxalq skaut düşərgəsi 2013-cü ildə Şəkidə təşkil olunub və ənənəvi illik düşərgəyə çevrilib. 2014-cü ildə Azərbaycanın cənubunda qurulan 208 nəfərlik çadır düşərgəsinə dünyanın bütün qitələrindən skautlar toplaşıb.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən düşərgə sonradan Gəncə, Gədəbəy, Qəbələ, İsmayıllı, Xaçmaz, Masallı, Tovuz və digər rayonlarda təşkil edilib, yüzlərlə skautu bir araya gətirib.

Məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili, vətənpərvərlik hisslərinin yüksəldilməsi, ekstremal hallardan çıxış yollarının öyrədilməsi, dostluq əlaqələrinin gücləndirilməsi və skaut hərəkatının regionlarda inkişafıdır.

Scout Rangers üzvlərinə 30%-ə qədər endirim. Rangers haqqında →

Beynəlxalq iştirak

Müxtəlif ölkələrdən skautlarla tanışlıq və mədəni mübadilə.

Ekstremal hazırlıq

Çətin vəziyyətlərdə düzgün davranış və ilk yardım.

Vətənpərvərlik

Regionların tarixi və təbiəti ilə yaxından tanışlıq.

Dostluq

Yeniyetmə və gənclər arasında möhkəm dostluq əlaqələri.

Qiymətə nə daxildir

  • Nəqliyyat
  • Çadırda yaşayış
  • Gündə 3 dəfə qidalanma
  • Skaut fəaliyyətləri
  • Su əyləncələri
  • Axşam proqramları və əyləncələr
  • Müxtəlif sahələrdə masterklasslar və vorkşoplar
  • Art terapiya və əyləncəli idman oyunları

Tez-tez verilən suallar

Kimlər qatıla bilər?

Skaut qruplarının üzvləri və təşkilatçıların müəyyən etdiyi yaş qrupundakı gənclər. Hər il şərtlər ayrıca elan olunur.

Wonderland 2027 üçün yer ayırın

Ön qeydiyyatdan keçənlər tarix və qiymət açıqlanan kimi ilk xəbər tutur və erkən qeydiyyat endirimindən yararlanır.

WhatsApp ilə ön qeydiyyat

Digər proqramlar

Hamısı →
Macəra düşərgəsiRangers −30%

Adventure Camp

Meşə və dəniz arasında 6 günlük çadır həyatı: skaut bacarıqları, su oyunları, tonqal axşamları.

Yaş8–16 yaş
Müddət6 gün
YerNabran · Samur-Yalama Milli Parkı
2027: ön qeydiyyat açıqdır
Yay məktəbiRangers −30%

Summer School

Innovation Lab və Life Skills Camp: texnologiya, liderlik və həyati bacarıqlar təbiətin qoynunda.

Yaş8–15 yaş
Müddət10 gün (və ya 5 gün)
Yerİsmayıllı
2027: ön qeydiyyat açıqdır
İl boyu skaut qrupu

Scout Rangers

İllik üzvlüklə həftəlik skaut qrupu. Üzvlər Summer Program düşərgələrində 30%-ə qədər endirim alır.

Yaş6–18 yaş
Müddətİl boyu
YerBakı · Gəncə
2027: ön qeydiyyat açıqdır