Yay məktəbi

Summer School

Innovation Lab və Life Skills Camp: texnologiya, liderlik və həyati bacarıqlar təbiətin qoynunda.

Yaş8–15 yaş
Müddət10 gün (və ya 5 gün)
Yerİsmayıllı
MövsümYay
Proqram haqqında

Nə yaşayacaq, nə öyrənəcək

Summer School uşaqların yay tətilini həm əyləncəli, həm də faydalı keçirməsi üçün hazırlanmış 10 günlük xüsusi inkişaf proqramıdır. Proqram iki hissədən ibarətdir: “Innovation Lab” və “Life Skills Camp”. Hər birinə ayrıca 5 günlük qatılmaq da olar.

İştirakçılar təbiət qoynunda düşərgə həyatı yaşayır, yeni dostlar qazanır, texnoloji yeniliklərlə tanış olur, liderlik vərdişləri qazanır və unudulmaz xatirələr toplayır.

2026-cı ildə proqram İsmayıllıda keçirildi: Innovation Lab 6–10 iyul, Life Skills Camp 11–15 iyul. 5 günlük proqramların qiyməti: Innovation Lab 600 ₼ (Rangers üzvlərinə 500 ₼), Life Skills Camp 550 ₼ (Rangers üzvlərinə 450 ₼).

Scout Rangers üzvlərinə 30%-ə qədər endirim. Rangers haqqında →

Innovation Lab

Yaradıcılıq və innovasiya, komanda layihələri, problem həlli, təqdimat və süni intellektdən istifadə.

Life Skills Camp

Liderlik, ünsiyyət, komanda işi, müstəqil qərarvermə və vaxtın idarə olunması.

Skaut bacarıqları

Açıq hava fəaliyyətləri və sağqalma bacarıqları.

Düşərgə həyatı

Çadır həyatı, idman, su oyunları, yaradıcılıq sessiyaları və tonqal axşamları.

Qiymətə nə daxildir

Son mövsümün qiyməti: 800 ₼ (Rangers üzvlərinə 700 ₼). 2027 qiyməti və erkən qeydiyyat endirimi tezliklə elan olunacaq.

  • Yaşayış
  • Gündəlik qidalanma
  • Təlim və proqram fəaliyyətləri
  • Düşərgə materialları
  • Təhlükəsizlik və nəzarət
  • Sertifikat

Tez-tez verilən suallar

Yalnız 5 günə qatılmaq olar?

Bəli. Innovation Lab (ilk 5 gün) və Life Skills Camp (son 5 gün) ayrıca seçilə bilər.

Summer School ilə Adventure Camp fərqi nədir?

Summer School-da gündəlik təlim və layihə işləri var. Adventure Camp isə daha çox açıq hava macərası və skaut bacarıqlarına yönəlib.

Scout Rangers üzvlərinə endirim varmı?

Bəli. 2026-cı ildə 10 günlük proqram standart iştirakçılar üçün 800 ₼, Skaut Rencer üzvləri üçün 700 ₼ idi.

Summer School 2027 üçün yer ayırın

Ön qeydiyyatdan keçənlər tarix və qiymət açıqlanan kimi ilk xəbər tutur və erkən qeydiyyat endirimindən yararlanır.

WhatsApp ilə ön qeydiyyat

Düşərgədən yazılar

Digər proqramlar

Hamısı →
Macəra düşərgəsiRangers −30%

Adventure Camp

Meşə və dəniz arasında 6 günlük çadır həyatı: skaut bacarıqları, su oyunları, tonqal axşamları.

Yaş8–16 yaş
Müddət6 gün
YerNabran · Samur-Yalama Milli Parkı
2027: ön qeydiyyat açıqdır
İl boyu skaut qrupu

Scout Rangers

İllik üzvlüklə həftəlik skaut qrupu. Üzvlər Summer Program düşərgələrində 30%-ə qədər endirim alır.

Yaş6–18 yaş
Müddətİl boyu
YerBakı · Gəncə
2027: ön qeydiyyat açıqdır
Beynəlxalq skaut düşərgəsiRangers −30%

Wonderland

10 ildən çoxdur regionlarda keçirilən ənənəvi beynəlxalq skaut düşərgəsi.

Yaş8–17 yaş
YerRegionlar üzrə
2027: ön qeydiyyat açıqdır