Summer School 2026: İsmayıllıda 10 günlük Yay Məktəbi


Yay tətilini inkişaf və macəraya çevirin. Summer Program Yay Məktəbi uşaqların yay tətilini həm əyləncəli, həm də faydalı keçirməsi üçün hazırlanmış 10 günlük xüsusi inkişaf proqramıdır. İştirakçılar təbiət qoynunda düşərgə həyatı yaşayır, yeni dostlar qazanır, müxtəlif bacarıqlar əldə edir və unudulmaz xatirələr toplayır.
- Məkan: İsmayıllı rayonu
- Innovation Lab: 6–10 iyul
- Life Skills Camp: 11–15 iyul
- Tam proqram: 6–15 iyul
- Yaş qrupu: 8–15 yaş
Innovation Lab · 6–10 iyul
Gələcəyin bacarıqlarını formalaşdırmağa yönəlmiş proqram.
- Yaradıcılıq və innovasiya fəaliyyətləri
- Komanda layihələri
- Problem həlli və tənqidi düşüncə
- Təqdimat bacarıqları
- Texnologiya və müasir yanaşmalar
- İdeya inkişafı və layihə hazırlığı
- Süni intellektdən istifadə və onun tətbiqi
Life Skills Camp · 11–15 iyul
Həyatda uğur qazanmaq üçün vacib bacarıqların inkişafı.
- Liderlik bacarıqları
- Ünsiyyət və təqdimat
- Komanda işi
- Müstəqil qərarvermə
- Vaxtın idarə olunması
- Skaut fəaliyyətləri
- Açıq hava və sağqalma bacarıqları
Düşərgə təcrübəsi
Proqram müddətində iştirakçılar çadır və düşərgə həyatı ilə tanış olur, idman və komanda oyunlarında iştirak edir, su oyunları və açıq hava fəaliyyətləri keçirir, yaradıcılıq sessiyalarına qoşulur, tonqal axşamlarında maraqlı proqramlarla vaxt keçirir, yeni dostluqlar və komanda ruhu formalaşdırır.
Qiymətlər
- 10 günlük tam proqram (6–15 iyul): 800 ₼, Skaut Rencer üzvləri üçün 700 ₼
- Innovation Lab (6–10 iyul): 600 ₼, Skaut Rencer üzvləri üçün 500 ₼
- Life Skills Camp (11–15 iyul): 550 ₼, Skaut Rencer üzvləri üçün 450 ₼
Qiymətə daxildir: yaşayış, gündəlik qidalanma, təlim və proqram fəaliyyətləri, düşərgə materialları, təhlükəsizlik və nəzarət, sertifikat.



